Mobil versiya
Tahir Gözel: “Qarabağ”ın güclənməsi üçün hər bir işi görəcəyik”
Tarix: 21-08-2024 | Saat: 20:16
Bölmə:İdman | çapa göndər

Tahir Gözel: “Qarabağ”ın güclənməsi üçün hər bir işi görəcəyik”

“Komandamın hər bir futbolçusu, heyətin hər bir üzvü mənim üçün qəhrəmandır. Onlarla qürur duyuram”.

Aia.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözel deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) ilə ilk görüşünü “Maksimir” stadionundan canlı izləyən klub rəhbəri matçla bağlı fikirlərini açıqlayıb: “Oyunun əvvəlində hesaba alınmayan qol da vurduq. Bundan sonra hamımız həyəcanlandıq. Dəfələrlə qol imkanları da yaratdıq. Heyf ki, şans bizim tərəfimizdə olmadı. Bir Azərbaycan klubunun Avropanın futbol ölkəsi sayılan Xorvatiyada yerli liqanın çempionuna qarşı sərgilədiyi oyun, rəqibdən çəkinməməsi, qorxmadan həmişə hücuma keçməsi kimi dəyərlər bizi çox qürurlandırdı. Komandamın yanında idim. “Qarabağ”ın bir parçası olmaq hissini sözlərlə ifadə etmək mümkün deyil. Bunu “Qarabağ”lı olmaq və “Qarabağ”la yaşamaq lazımdır”.

Gözel heyətin gücləndirilməsi məsələsinə də toxunub: “Mən hər zaman komandamın yanındayam. Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik. Texniki heyətin tələbinə uyğun olaraq lazım olan transferləri gerçəkləşdirməyə hazıram”.

Tahir Gözel avqustun 28-də keçiriləcək cavab görüşünü izləyə bilməyəcəyinə təəssüfləndiyini qeyd edib: “Ona heyfsilənirəm ki, Bakıdakı oyunda komandamın yanında olmayacağam. Mənim də öz öhdəliklərim var və COP29-la bağlı görüşlər çərçivəsində ölkə xaricində olmaq məcburiyyətindəyəm. Amma biz bir komandayıq və inanırıq ki, Azərbaycanda da yenə gözəl oyun göstərəcəyik. Nəticədən asılı olmayaraq, Azərbaycan xalqını qürurlandıracağıq”.

Qeyd edək ki, görüşdə rəqib 3:0 hesabı ilə qalib gəlib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024