Mobil versiya
Partiyamızın nüfuzu gündən-günə artır -Foto
Tarix: 21-08-2024 | Saat: 20:09
Bölmə:Aia TV / Parlament | çapa göndər

Partiyamızın nüfuzu gündən-günə artır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərovun rayonun Əlimərdanlı və Hunanlar kəndlərində seçicilərlə görüşləri keçirib.

aia.az yap.org-a istinadən xəbər verir ki, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında Azərbaycanın güclü iqtisadiyyata, dinamik inkişafa və dünya dövlətləri sırasında böyük nüfuza malik olduğunu deyib. O, dövlət siyasətinin müasir modelini yaradan Prezident İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində bütün sferalarda əldə olunan nailiyyətlərin kökündə həm də xalq-iqtidar birliyinin dayandığını diqqətə çatdırıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Nizami Səfərov son illər ərzində respublikamızın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər qazanıldığını, əhalinin sosial rifahı, həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini vurğulayıb. Həmçinin qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli dövlət bayrağımız bütün ərazilərimizdə dalğalanır.

Sonra təşviqat qrupunun üzvü Elman Bayramov, şəhid Elmar Şirinovun anası Amana Nəsirova və kənd ziyalısı Namazəli Məmmədov çıxış edərək seçiciləri düzgün seçim etməyə, gələcəyimiz naminə ən layiqli namizədə səs verməyə çağırıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024