Mobil versiya
Andreas: “Qarabağ” səfərdə sanki “Mançester Siti” evdədir”
Tarix: 19-08-2024 | Saat: 16:05
Bölmə:İdman | çapa göndər

Andreas: “Qarabağ” səfərdə sanki “Mançester Siti” evdədir”

Rusiyanın Soccer365.ru saytında "Dinamo" (Zaqreb) - "Qarabağ" oyunu ilə bağlı maraqlı şərhlər təqdim olunub.

İdman.biz həmin şərhlərin bəzilərini oxucuların diqqətinə çatdırır.

Andreas adlı şərh müəllifi yazır: “Güclü döyüş gözlənilir və yalnız güclü yağış və ildırım iki nəhəngin qarşıdurmasını dayandırar. “Dinamo” neçə qol vura bilər? Bir qol, iki? Məlum deyil. Amma dəqiq bilinən odur ki, “Qarabağ” səfərdə sanki “Mançester Siti” evdədir, “Qarabağ” səfərdə sudan çıxmış balıqdır, səfərdə futbol meydanında tək və rəqibsiz Lionel Messidir. Necə olur? “Doğma meydan amili səfərdə oynamaqdan yaxşıdır” sözü doğrudur, amma “Vilyarreal”, “Borussiya” Mönhenqladbax üçün yox, “Qarabağ” üçün yox. Bu komandalar səfərdə evdə olduğundan daha yaxşı oynamağa qadirdir. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq əzmindədirsə, iki oyunluq matçın üstünlüyünü verən qol ehtiyatı artıq Zaqrebdəki stadionda yaradılmalıdır”.
Andreasın matç üçün proqnozu 1:3-dür.

Korolevski imzalı müəllifin şərhi də maraqlıdır: “Çempionlar Liqasının pley-off mərhələsi, təsnifat mərhələsindən ən güclülər qalır. Bolqarıstanda “Ludoqorets”i darmadağın edən nəhəng “Qarabağ” indi Xorvatiya, Zaqreb, “Maksimir Arena”ya səfər edir. Onları Zaqreb “Dinamo”su gözləyəcək. Güclü və gözəl matç gözləyirəm. Çox az qol olacaq və “Qarabağ”ın fərqlənəcəyini güman edirəm. Onlar Bakıda rəqibi sadəcə olaraq bitirmək üçün qələbə qazanmalıdırlar. Zaqreb, təbii ki, əvvəlki gücə malik deyil. “Qarabağ”da isə əksinə, sarsıdıcı qələbələr seriyasından sonra özünə inamı yüksəkdir; Hesab 0:0, 0:1 arasında olacaq və "Dinamo" bu qarşıdurmada qalib gələ bilməyəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024