Mobil versiya
Sabah Şəriəti karyerasını başa vurdu
Tarix: 07-08-2024 | Saat: 11:15
Bölmə:Karusel / İdman | çapa göndər

Sabah Şəriəti karyerasını başa vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.

Bu barədə aia.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.

Qeyd edək ki, Sabah Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024