Paris-2024: Dörd idmançımız mübarizə aparacaq
Tarix: 07-08-2024 | Saat: 09:42
Bölmə:İdman | çapa göndər
Bu gün Azərbaycanın daha üç idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
aia.az xəbər verir ki, onlardan ikisi güləşçi, biri isə taekvondoçudur.
Yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Rafiq Hüseynov (87 kiloqram) 1/8 finalda, müvafiq olaraq, misirli Mohamed Elsayed və macarıstanlı David Loşontsi ilə üz-üzə gələcəklər.
Taekvondoçu Qasım Maqomedov (58 kiloqram) da mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi irlandiyalı Cek Uolley olacaq.
Bu gün, həmçinin Sənan Süleymanov (77 kiloqram) bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024