Eurostat: 2023-cü ildə Aİ-də pivə istehsalı 5% azalıb
Tarix: 02-08-2024 | Saat: 20:10
Bölmə:Özəl | çapa göndər
2023-cü ilin yekunlarına əsasən, Avropa İttifaqı ölkələrində pivə istehsalının həcmi 5% azalaraq 34,3 milyard litr təşkil edib. Bunu Eurostat məlumatları sübut edir.
Regionda spirtli pivə istehsalı 12 ay ərzində illik müqayisədə 5% azalaraq 32,5 milyard litrə düşüb. Eyni zamanda, alkoqolsuz pivə istehsalı 13,5% artaraq 1,8 milyard litrə çatıb.
Almaniya 2023-cü ildə pivə istehsalında liderliyini qoruyub saxladı. Ötən ilin sonunda ölkədə 7,2 milyard litr pivə istehsal edilib ki, bu da Aİ-də ümumi pivə istehsalının 22,3%-ni təşkil edir.
İspaniya və Polşa müvafiq olaraq 4 milyard litr və 3,5 milyard litr istehsal həcmi ilə onu izləyirlər.
Aİ-nin ilk 5 ən böyük pivə istehsalçısına həmçinin Hollandiya (2,4 milyon litr) və Belçika (2 milyard litr) daxildir.
Bundan əvvəl Rusiyada pivə satışında artım qeydə alınıb. Birinci yarımilin sonunda bu spirtli içkinin istehlakı 4,8% artıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025