Ana Sayfa > Özəl > Eurostat: 2023-cü ildə Aİ-də pivə istehsalı 5% azalıb
Eurostat: 2023-cü ildə Aİ-də pivə istehsalı 5% azalıb2-08-2024, 20:10. Yazar: sevinc1 |
2023-cü ilin yekunlarına əsasən, Avropa İttifaqı ölkələrində pivə istehsalının həcmi 5% azalaraq 34,3 milyard litr təşkil edib. Bunu Eurostat məlumatları sübut edir. Regionda spirtli pivə istehsalı 12 ay ərzində illik müqayisədə 5% azalaraq 32,5 milyard litrə düşüb. Eyni zamanda, alkoqolsuz pivə istehsalı 13,5% artaraq 1,8 milyard litrə çatıb. Almaniya 2023-cü ildə pivə istehsalında liderliyini qoruyub saxladı. Ötən ilin sonunda ölkədə 7,2 milyard litr pivə istehsal edilib ki, bu da Aİ-də ümumi pivə istehsalının 22,3%-ni təşkil edir. İspaniya və Polşa müvafiq olaraq 4 milyard litr və 3,5 milyard litr istehsal həcmi ilə onu izləyirlər. Aİ-nin ilk 5 ən böyük pivə istehsalçısına həmçinin Hollandiya (2,4 milyon litr) və Belçika (2 milyard litr) daxildir. Bundan əvvəl Rusiyada pivə satışında artım qeydə alınıb. Birinci yarımilin sonunda bu spirtli içkinin istehlakı 4,8% artıb. aia.az Tərcümə şöbəsi Geri dön |