Mobil versiya
Məktəbin həyətində 18 yaşlı oğlanı "tok" vurub öldürdü - RƏSMİ
Tarix: 30-07-2024 | Saat: 15:09
Bölmə:Karusel / Ölkə | çapa göndər

Məktəbin həyətində 18 yaşlı oğlanı "tok" vurub öldürdü -

İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında 18 yaşlı gənci elektrik cərəyanı vurub.

Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.

"İyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025