Mobil versiya
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Tarix: 24-11-2026 | Saat: 07:35
Bölmə:Dünya | çapa göndər

Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb

Türkiyədə qumar, fırıldaqçılıq və seksual məzmun paylaşımı ilə əlaqəli olduğu müəyyən edilmiş 407 sayta giriş bloklanıb.

aia.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Kibertəhlükəsizlik İdarəsi qərar qəbul edib.

Belə ki, 16-22 noyabr tarixləri aralığında 793 sosial şəbəkə hesabı və URL ünvanı araşdırılıb. Nəticədə 342 saytda qanunsuz mərc oyunlarının oynandığı, beş saytda fırıldaqçılıqla məşğul olunduğu və 60 saytda isə seksual xarakterli məzmun paylaşıldığı aşkara çıxarılıb.

İdarənin qərarı ilə həmin saytlara giriş məhdudlaşdırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2026