İsgəndər Qurbanov: Azərbaycan-Vyetnam dostluğunun yeni mərhələsi
Tarix: 24-11-2026 | Saat: 09:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və dostluq əlaqələrinin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan ilə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnam arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi xüsusi əhəmiyyət daşıyır.
Möhtərəm Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasındakı tarixi dostluğun, siyasi dialoqun və gələcək əməkdaşlıq perspektivlərinin geniş təqdimatı baxımından mühüm siyasi hadisədir. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq mövqeyini və dost dövlətlərlə əlaqələrin inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir.
Müsahibənin diqqətçəkən məqamlarından biri Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərinə verilən qiymətdir. Möhtərəm Prezident İlham Əliyev iki ölkə arasındakı dostluğun təxminən 70 illik tarixə malik olduğunu vurğulayaraq 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərini və 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfərini xatırladıb. Dövlət başçısının qeyd etdiyi kimi, həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına mühüm təkan verib və gələcək əməkdaşlığın istiqamətini müəyyənləşdirib. Bu tarixi faktlar Azərbaycan ilə Vyetnam arasında münasibətlərin təsadüfi deyil, uzun illər ərzində formalaşmış qarşılıqlı hörmət və etimada əsaslandığını göstərir.
Möhtərəm Prezident İlham Əliyev müsahibəsində 2014-cü ildə Vyetnama ilk dövlət səfərini, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfərini, həmçinin ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərini xüsusi qeyd edib. Həmin səfər zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin mühüm göstəricisi olub. Dövlət başçısının təqdim etdiyi bu faktlar siyasi əlaqələrin ardıcıl inkişaf etdiyini və əməkdaşlığın yeni istiqamətləri əhatə etdiyini təsdiqləyir.
İqtisadi-ticari əməkdaşlıq da müsahibənin əsas mövzularından birini təşkil edib. Möhtərəm Prezident İlham Əliyev 2025-ci ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötdüyünü bildirib. Bununla yanaşı, mövcud göstəricinin real imkanları tam əks etdirmədiyini vurğulayaraq qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılması üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Bu yanaşma onu göstərir ki, Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin inkişafı üçün yalnız mövcud nəticələrlə kifayətlənmək nəzərdə tutulmur. Yeni investisiyaların cəlb edilməsi, istehsal və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də biznes dairələri arasında birbaşa əməkdaşlığın gücləndirilməsi qarşıdakı dövr üçün mühüm perspektivlər yaradır.
Müsahibədə humanitar, təhsil və mədəni əlaqələrə də xüsusi diqqət yetirilib. Möhtərəm Prezident İlham Əliyev bu istiqamətin əhəmiyyətini ifadə edərək belə deyib: “Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır”. Dövlət başçısı Heydər Əliyev Fondunun Vyetnamla humanitar əlaqələrin inkişafındakı rolunu, Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstəyi, Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfərini və təhsil təşəbbüslərini qeyd edib. Həmçinin iki ölkənin universitetləri arasında əməkdaşlıqdan, Vyetnam vətəndaşlarının Azərbaycanda təhsil alması ənənəsindən danışıb. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında yaranmış möhkəm mənəvi əlaqələrin mühüm göstəricisidir.
Mədəniyyət sahəsində də əlaqələrimizin zəngin tarixi vardır. Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda fəaliyyəti və Azərbaycan-Vyetnam mədəni tədbirləri bu dostluğun müxtəlif sahələrdə öz əksini tapdığını göstərir. Azərbaycan tərəfindən Vyetnamda baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımının göstərilməsi isə dostluğun yalnız xoş günlərdə deyil, çətin anlarda da özünü büruzə verdiyini təsdiqləyir.
Müsahibənin sonunda Vyetnama qarşıdakı səfərindən gözləntilərini bölüşən Möhtərəm Prezident İlham Əliyev iki ölkənin malik olduğu imkanları belə ifadə edib: “Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır”. Dövlət başçısı, həmçinin qüvvələrin birləşdirilməsi ilə yeni bazarlara çıxmaq, birgə layihələr həyata keçirmək, biznes və investisiya üçün əlavə imkanlar yaratmağın mümkünlüyünü vurğulayıb.
Bütün bu məqamlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri zəngin tarixi ənənələrə söykənməklə yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq yeni məzmun qazanır. Möhtərəm Prezident İlham Əliyevin müsahibəsi iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində mühüm siyasi baxışları özündə əks etdirir. Əminliklə demək olar ki, qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər gələcəkdə hər iki xalqın və dövlətin mənafeyinə xidmət edən yeni uğurlu əməkdaşlıq layihələri ilə zənginləşəcəkdir.
İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026
23-11-2026