Ana Sayfa > Karusel / Ölkə > Məktəbin həyətində 18 yaşlı oğlanı "tok" vurub öldürdü -
Məktəbin həyətində 18 yaşlı oğlanı "tok" vurub öldürdü -30-07-2024, 15:09. Yazar: sevinc1 |
İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında 18 yaşlı gənci elektrik cərəyanı vurub. Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır. "İyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır". aia.az Geri dön |