Kəlbəcərin zəfərdən qayıdışa uzanan yolu
Tarix: 24-11-2026 | Saat: 09:59
Bölmə:Siyasət | çapa göndər

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin təbiətə və böyük mədəni irsə malik bölgələrindən biridir. Uca dağları, sıx meşələri, buz bulaqları, mineral suları və qədim yaşayış məskənləri ilə seçilən bu diyar xalqımızın yaddaşında həm ağır faciənin, həm də tarixi Zəfərin ünvanı kimi yaşayır. 25 noyabr isə Kəlbəcərin işğaldan azad edilərək Azərbaycana qaytarıldığı gün kimi tariximizə yazılıb.
Kəlbəcərin keçmişi minilliklərin dərinliyinə gedib çıxır. Ərazidə 30 min ildən artıq tarixə malik qədim yaşayış məskənləri, 6 min illik qaya təsvirləri, qədim türk əlifbasının nümunələri aşkar edilib. Tərtər çayı boyunca qayalarda yerləşən süni mağaralar da bu ərazinin qədim insan məskəni olduğunu göstərən tarixi izlərdəndir. Kəlbəcər toponiminin qədim türk dili ilə əlaqələndirilməsi və “çay üstündə qala” mənasında izah olunması da bölgənin tarixi kimliyinə diqqəti artırır.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin ən uca zirvələri Camışdağda yerləşən 3724 metrlik zirvə və 3616 metr hündürlüyündəki Dəlidağdır. Rayon 1930-cu ildə inzibati status alıb. İşğala qədər 3054 kvadratkilometr ərazini əhatə edən Kəlbəcərdə bir şəhər, bir qəsəbə və 145 kənd mövcud idi. Həmin dövrdə rayonun əhalisi 53 478 nəfər təşkil edirdi.
1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu hadisə minlərlə insanın doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələndi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Rayon sakinləri Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. Kəlbəcərin tarixi-mədəni abidələri, məktəbləri, kitabxanaları, xəstəxanaları, yaşayış evləri və digər obyektləri talan edildi, dağıdıldı. Rayonun zəngin sərvətləri mənimsənildi.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamə ilə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb etmişdi. Lakin bu qərar uzun illər icra olunmadı. 1999-cu ildən başlayaraq Kəlbəcər ərazisində qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirilməsi də işğalın nəticələrini daha da ağırlaşdırdı.
2020-ci ildə Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələyə çevrildi. Döyüşlərin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi düşmənin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu yüksəkliklərin tutulması Ermənistan silahlı qüvvələrinin Basarkeçər–Kəlbəcər yolundan istifadəsini faktiki olaraq mümkünsüz etmişdi.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Şəhər də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin boşaldılması zamanı evlərin və digər mülki obyektlərin yandırılması, ətraf mühitə ziyan vurulması işğalın yaratdığı dağıntıların miqyasını bir daha göstərdi. Həmin ilin noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək igidlik və şücaət göstərmiş 9455 hərbi qulluqçu bu medalla təltif olundu. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü elan edildi.
Azadlıqdan sonra bölgədə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan 2024-cü il mayın 1-də təsdiq edildi. Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Yeni yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, sosial və ictimai obyektlər inşa ediləcək. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır.
Kəlbəcərdə 524 ailə üçün nəzərdə tutulan yaşayış kompleksinin tikintisi, eləcə də Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması qayıdış prosesinin mühüm istiqamətlərindəndir. Yanşaqda 421, Zallarda 487, Zarda isə 855 ailənin məskunlaşdırılması planlaşdırılıb. 2026-cı il noyabrın 6-na olan məlumata görə, rayonda 162 ailə olmaqla 681 nəfər artıq məskunlaşıb.
Bölgənin nəqliyyat və enerji infrastrukturu da yenidən qurulur. Uzunluğu 82 kilometr olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi rayonun digər bölgələrlə əlaqəsini yaxşılaşdıracaq. Yol üzərində beş tunel inşa edilir. Onlardan 11,7 kilometr uzunluğunda olan Murovdağ tuneli mühüm mühəndislik layihələrindən biridir. Kəlbəcərdə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar istifadəyə verilib.
Rayonun ən qiymətli təbii sərvətlərindən olan İstisu da yenidən iqtisadi dövriyyəyə qaytarılır. 2024-cü ildə istifadəyə verilmiş İstisu mineral su zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Müəssisədə təxminən 100 nəfər işlə təmin olunub. İstisu Müalicə-İstirahət Kompleksinin tikintisi isə bölgənin turizm və sağlamlıq mərkəzi kimi inkişafına xidmət edəcək.
Kəlbəcərin bərpası yalnız yeni binaların tikilməsi və yolların çəkilməsi ilə məhdudlaşmır. Bu proses həm də insanların doğma torpaqlarına qayıtması, illərlə bağlı qalan evlərin yenidən yaşayış ünvanına çevrilməsi, məktəblərin açılması, kənd təsərrüfatının və ənənəvi məşğuliyyətlərin dirçəldilməsi deməkdir. Kəlbəcərin gələcəyi onun təbii sərvətlərinin qorunması, tarixi irsinin yaşadılması və burada davamlı həyatın qurulması ilə bağlıdır.
25 noyabr Kəlbəcərin tarixində işğalın başa çatdığı, doğma yurda qayıdışın başladığı gündür. Bu tarix həm də 27 illik ayrılıqdan sonra ata-baba torpağına qovuşmaq arzusu ilə yaşayan insanların yaddaşında xüsusi yer tutur. Kəlbəcərin dağlarında yenidən həyat canlanır, kəndlər bərpa olunur, sakinlər öz yurdlarına qayıdırlar. Bu qayıdışın ən böyük mənası isə Kəlbəcərin yenidən öz insanları ilə nəfəs almasıdır.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026
23-11-2026