Mobil versiya
Dəhşətli hadisə! O, anasının meyitini 5 il evdə gizlədib
Tarix: 22-07-2024 | Saat: 16:20
Bölmə:Özəl | çapa göndər

Dəhşətli  hadisə! O, anasının meyitini 5 il evdə gizlədib

Yaponiyanın Osaka şəhərində ağlagəzlməz hadisə baş verib. Ölən anasının meyitini 5 il evdə gizlədən 60 yaşlı kişi həbs edilib.Polis İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada adlı kişinin ölən anasının cəsədini təxminən 5 il evdə gizlətdiyini üzə çıxarıb.Polis mənbələrindən əldə edilən məlumata görə, şənbə günü evinin qarşısında yaranan mübahisə ilə bağlı polisə məlumat verərkən hadisəni etiraf edən Onada, anası Tomiko Onadanın 2019-cu ilin sentyabrında dünyasını dəyişdiyini bildirib.Onada "Bir gün anam yeməyi kəsdi və sonra öldü. Cəsədi ikinci mərtəbədəki yataq otağına qoydum, çünki bunun çox problem yaradacağını düşündüm" deyən Onada və onun cinayətini etiraf etdikdən sonra həbs olunduğu açıqlandı.

Hadisə ilə bağlı təfərrüatlı araşdırmaya başlayan polis, həmin şəxsin bankdan anasının pensiyasını çəkməyə davam etmək üçün ölüm xəbərini səlahiyyətli orqanlara verməməsi ehtimalını nəzərdən keçirir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə