Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir -Fotolar
Tarix: 03-11-2026 | Saat: 18:37
Bölmə:Siyasət | çapa göndər

03 noyabr 2026-cı il tarixdə YAP Qazax rayon təşkilatı Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatında Vətən müharibəsində tarixi Qələbəmizin 6-cı ildönümünə həsr olunmuş “Müzəffər xalqın Zəfər bayramı” mövzusunda tədbir keçirilib.
İlk öncə şagirdlərin Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərə həsr olunmuş rəsmlərinə və əl işlərinə baxış keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbiri açaraq iştirakçıları salamlayıb, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbir barədə ətraflı məlumat verərək, onları möhtəşəm Zəfərin 6-cı ildönümü münasibətilə təbrik edib. A.Nəbiyev bildirib ki, altı il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqının mübarizliyi və iradəsi, iqtisadi və hərbi gücü, əsgər və zabitlərimizin fədakarlığı, xalq-iqtidar birliyi, Lider - xalq sevgisi nəticəsində ölkəmizin tarixi qələbəsi təmin edilib. Natiq onu da qeyd edib ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələr reallaşdırılır, “Böyük Qayıdış” proqramı uğurla icra olunur, uzun illər sonra öz yurd-yuvalarına geri dönən soydaşlarımızın rahat yaşayışı üçün bütün şəraitlər yaradılır.
Sonda A.Nəbiyev müstəqil, suveren Azərbaycanın Konstitusiya quruluşunun bütün suveren ərazilərimizdə bərqərar olmasından, üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərdə əzəmətlə dalğalanmasından danışaraq tədbir iştirakçılarına xoş arzularını bildirib.
Tədbirdə partiya fəallarından Çiçək Sanıyeva, Flora Əmirova, Aygün Musayeva çıxış edərək Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolundan, misilsiz qəhrəmanlığından ətraflı danışıblar.
Tədbirin sonunda Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri Zəfər Gününə həsr olunmuş müxtəlif ədəbi - bədii kompazisiya ilə çıxış ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-11-2026