Adəm İsmayılov: “Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişf edir”
Tarix: 16-07-2024 | Saat: 11:43
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-8 | çapa göndər
“Bu gün Azərbaycanın səmimi dostluq və qardaşlıq münasibətləri qurduğu ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Diqqətəlayiq haldır ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri yaradılıb. Möhkəm və dərin tarixi köklərə əsaslanan Pakistan-Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrimiz həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təsisatlar çərçivəsində bir-birini daim dəstəkləyirlər.”
Bu fikirləri Pakistan-Azərbaycan münasibətlərini şərh edərkən aia.az-a verdiyi açıqlamasında fəlsəfə elmləri doktoru, iş adamı Adəm İsmayılov ifadə edib.
Fikirlərini davam etdirən alim-biznesmen ölkələrimiz arasında münasibətlərin formalaşması prosesində yer almış bəzi önəmli tarixi məqamları diqqət mərkəzinə çəkib: “Məlumdur ki, Azərbaycan ilə Pakistan arasında təmasların və qarşılıqlı səfərlərin əsası Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri xanım Benazir Bhutto ilə görüşündən sonra qoyulub. Məhz bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuş oldu. Lakin hələ bundan ilyarım da öncə, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa məhz Pakistan sədrlik edib. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdu ki, bu da iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan vermişdi. Səfər zamanı Azərbaycan və Pakistan Prezidentləri Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan etmişdilər. Həmçinin Prezident Heydər Əliyev Pakistanın Baş naziri Bənazir Bhutto ilə keçirilmiş birgə mətbuat konfransında çıxış edərək bəyan etdi ki, Azərbaycan Kəşmir problemi ilə əlaqədar həmişə Pakistanın mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.”
Daha sonra A.İsmayılov Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatı ilə əlaqədar bu fikirləri səsləndirib: “Cari ilin iyul ayının 11-12-də cənab Prezident İlham Əliyevin Pakistana etdiyi dövlət səfəri sözsüz ki, ölkələrimiz arasında münasibətlərin inkişafına növbəti önəmli töhfə olacaq. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri görüşlər zamanı energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən uğurla əməkdaşlıq edilən müdafiə sənayesində bir sıra layihələr nəzərdən keçirilib. Beləliklə, ölkələrimiz arasında güclü tərəfdaşlıq nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq. Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri də budur ki, Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərib. Dövlətimizin başçısı iyunun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında bir daha xüsusi olaraq vurğuladı ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Eyni zamanda cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəkləyib və bu dəstək sona qədər davam edəcəkdir. Bu prinsipial mövqe, Cəmmu və Kəşmir məsələsində Azərbaycanın birmənalı dəstəyi ölkəmizin qardaşlıq ruhuna və beynəlxalq hüquqa olan sadiqliyidir” – deyə, Adəm İsmayılov fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024