Mobil versiya
Azər Kərimli: “Azərbaycan ilə Qazaxıstan arasında olan müttəfiqlik əlaqələri regionun siyasi və iqtisadi arxitekturasına mühüm təsir göstərəcək”
Tarix: 19-10-2025 | Saat: 11:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Azərbaycan ilə Qazaxıstan arasında olan müttəfiqlik əlaqələri regionun siyasi və iqtisadi arxitekturasına mühüm təsir göstərəcək”

“Azərbaycan–Qazaxıstan münasibətləri bu gün artıq sadəcə dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixi, mədəni və mənəvi dəyərlərin ortaq kökləri üzərində qurulan bu əlaqələr Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, ardıcıl siyasi iradəsi və qardaşlıq münasibətləri nəticəsində daha da möhkəmlənib. Dövlət başçımızın yaxın günlərdə Qazaxıstana planlaşdırılan dövlət səfəri də bu prosesin məntiqi davamı kimi qiymətləndirilir. Səfər ərəfəsində cənab Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibəsində də iki ölkə arasında əlaqələrin regional inkişafa verdiyi mühüm töhfələr barədə açıqlamalar yer alıb.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.

Millət vəkili öz açıqlamasında qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasındakı strateji əməkdaşlıq bu gün həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə yüksək dinamizm nümayiş etdirir: “Dövlətlərarası münasibətlərin ən mühüm dayağı xalqlar arasında etimad və qarşılıqlı hörmətdir. Məhz bu amil sayəsində iki ölkə arasında siyasi dialoq ardıcıl şəkildə dərinləşir, iqtisadi, humanitar və mədəni sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri formalaşır. Cənab Prezident İlham Əliyevin Qazaxıstana gözlənilən səfəri son üç ildə bu qardaş ölkəyə yeddinci səfəri olacaq. Hər iki dövlət başçısının sıx təmasları əlaqələrin yüksək səviyyəsini və qarşılıqlı marağın dərinliyini açıq şəkildə göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafında əldə olunan nəticələr Azərbaycanda da məmnunluqla qarşılanır. Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bu qardaşlığın rəmzinə çevrilib. Mədəniyyətin, təhsilin və dostluğun simvolu olan bu mərkəz, eyni zamanda, iki xalqın gələcək nəslinin bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Bu gün Azərbaycan və Qazaxıstan arasında mükəmməl hüquq-müqavilə bazası mövcuddur. Xüsusilə 20 il öncə imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə bu əlaqələrin inkişafında dönüş nöqtəsi olub. Hazırda bu sənədin əsasında əməkdaşlıq təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi-ticari, enerji, nəqliyyat və mədəni sahələrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan-Qazaxıstan əlaqələrinin əsas xüsusiyyətlərindən biri də çoxtərəfli formatlarda — Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və digər beynəlxalq platformalarda sıx əməkdaşlıqdır. Hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləyir, regional təhlükəsizlik, enerji və nəqliyyat layihələrinin təşviqində birgə addımlar atır. Xüsusilə Türk dünyasının inteqrasiyası prosesində Azərbaycan və Qazaxıstanın rolu həlledicidir. Əminliklə demək olar ki, iki ölkə arasında qarşılıqlı hörmətə və sarsılmaz etimada əsaslanan bu müttəfiqlik gələcəkdə regionun siyasi və iqtisadi arxitekturasına mühüm təsir göstərəcək. Astanada keçiriləcək Ali Dövlətlərarası Şuranın növbəti iclası isə Azərbaycan–Qazaxıstan əlaqələrinin strateji xarakterini daha da gücləndirəcək və münasibətləri yeni səviyyəyə yüksəldəcək” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2025