Göydəniz Qəhrəmanov: “Xəzər dənizinin ekoloji məsələləri Azərbaycan–Qazaxıstan əməkdaşlığında mühüm istiqamətlərdən biridir”
Tarix: 19-10-2025 | Saat: 15:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Ötən onilliklər ərzində Azərbaycan və Qazaxıstan arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Cənab Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibəsində qeyd olunduğu kimi, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır, həmçinin regional ekoloji məsələləri geniş şəkildə əhatə edir: “Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq mövcuddur. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir. Cənab Prezident öz müsahibəsində mühüm məsələlərdən biri kimi, Xəzər dənizinin dayazlaşmasının aktual ekoloji və iqtisadi problemlər yaratdığını diqqət mərkəzinə gətirib. Bu məsələnin həlli yalnız təkcə bir ölkənin səyləri ilə mümkün deyil. Bu sahədə bütün Xəzəryanı dövlətlərin koordinasiyalı fəaliyyətinə ehtiyac var. Son illərdə Azərbaycan Xəzər dənizinin ekoloji tarazlığının qorunması üçün fəal təşəbbüslər göstərib. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə cənab Prezidentİlham Əliyev məsələyə diqqət çəkərək, dənizdə suyun səviyyəsinin sürətlə azalmasının səbəblərini, o cümlədən iqlim dəyişikliyi və digər faktorların regional əhəmiyyətini qeyd edib. Təqdirəlayiq haldır ki, bu gün Qazaxıstanla birlikdə biomüxtəlifliyin qorunması, ekosistemin dayanıqlılığının təmin edilməsi və regional elmi informasiya mübadiləsi üçün qarşılıqlı addımlar atılır. Beləliklə, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və davamlı istifadəsi Azərbaycan-Qazaxıstan əməkdaşlığının mühüm tərkib hissəsidir. Bu sahədə həyata keçirilən koordinasiyalı tədbirlər, informasiya mübadiləsi və regional təşəbbüslər, ölkələrimizin qarşılıqlı etimad və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər