Novruzəli Aslanov: “Ölkə Prezidenti cənab İlham Əliyevin azad olunmuş ərazilərə etdiyi müntəzəm səfərlər görülən işlərin yüksək dinamikasını və effektivliyini təmin edir”
Tarix: 18-10-2025 | Saat: 12:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

“2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən torpaqlarımızın işğaldan azad olunması məqsədilə Vətən müharibəsinə başlayan Azərbaycan Silahlı Qüvvələrinin hissələri hərbi əməliyyatların gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurmaqla əlverişli taktiki mövqelərə çıxdılar. Məhz bundan sonra 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsilə ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Artıq oktyabrın 20-də Ölkə Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Düşmən Azərbaycan Ordusunun hücumları qarşısında iki gün belə duruş gətirə bilmədi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Xüsusilə vacib məqamlardan biri də budur ki, Zəngilanın işğaldan azad olunması ilə işğal altında olmuş 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa olundu. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşlar.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra millət vəkili “Böyük Qayıdış” layihəsinin getdikcə artan dinamika ilə reallaşdırıldığını vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində yenidənqurma işləri böyük vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə etdiyi müntəzəm səfərlər isə bu işlərin daha böyük dinamikasını və effektivliyini təmin edir. Artıq “Böyük Qayıdış” layihəsinin birinci pilot layihəsinin icra olunduğu Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. İki il bundan öncə Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bir məqamı da qeyd edək ki, Heydər Əliyev Fondu azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da həyata keçirilən yenidənqurma işlərinə önəmli töhfələr verməkdədir. O cümlədən Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olub. Əminliklə demək olar ki, çox az müddətdən sonra işğaldan azad edilmiş bütün rayon və bölgələrimiz yeni, möhtəşəm simaları ilə bütün dünyanı heyrətə gətirəcəklər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-10-2025
17-10-2025
17:03 Füzuli rayonunun işğalı