Mobil versiya
"HƏMAS-ı məhv edə biləcəyimizi düşünən hər kəs yanılır" - İsrail rəsmisi
Tarix: 20-06-2024 | Saat: 14:38
Bölmə:Dünya | çapa göndər

"HƏMAS-ı məhv edə biləcəyimizi düşünən hər kəs yanılır" -

İsrailin HƏMAS terror qruplaşmasını məhv etmək kimi müharibə hədəfi hazırda əlçatmazdır.

aia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib.

"HƏMAS-ı məhv etmək, HƏMAS-ı yox etmək məsələsi ictimaiyyətin gözünə qum atmaqdan başqa bir şey deyil. Həmas bir fikirdir, HƏMAS bir partiyadır. Bu, insanların qəlbində kök salıb. HƏMAS-ı məhv edə biləcəyimizi düşünən hər kəs yanılır", - o qeyd edib.

O, həmçinin əlavə edib ki, hökumət alternativ tapmasa, HƏMAS Qəzza zolağında qalacaq".

İsrail mediasının məlumatına görə, bu açıqlama baş nazir Benyamin Netanyahu ilə yüksək səviyyəli müdafiə rəsmiləri arasında Qəzza müharibəsi ilə bağlı gərginliyi bir daha vurğulayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024