Mobil versiya
Türkiyədə 77 şagird dönərdən zəhərləndi
Tarix: 17-10-2026 | Saat: 17:00
Bölmə:Dünya | çapa göndər

Türkiyədə 77 şagird dönərdən zəhərləndi



Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda dönərdən zəhərlənmə şübhəsi ilə 88 nəfər tibb müəssisələrinə müraciət edib.

Zərərçəkənlərdən 77-si şagird, 11-i isə digər şəxslərdir.

Məlumata görə, 55 nəfərə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda 33 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

İlkin araşdırmalar zamanı hadisənin Kayabağlar qəsəbəsindəki iaşə obyektindən və məktəb bufetindən alınan toyuq dönərləri ilə əlaqəli ola biləcəyi müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, obyektdən qida nümunələri götürülüb. Müəssisənin sahibi isə istintaq çərçivəsində saxlanılıb./milli.az/



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2026