Müharibə bitibmi?
Tarix: 17-10-2026 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

Biz qalibik, amma bu gerçəklik təməlli sülhlə hələ möhürlənməyibsə...
Şəhidlərimizi hörmətlə andığımız bu günlərdə vacib bir suala da aydınlıq gətirmək lazımdır: müharibə bitibmi? Rusların “Heç vaxt heç vaxt demə” məsələnin də yeri var, üstəlik, nəzərə alsaq ki, erməni cəmiyyəti hər fürsətdə məğlubiyyətlə barışmadıqlarını və qisasdan vaz keçmədiklərini göstərməyə çalışırlar. Bakının təklif və təkidlərinə baxmayaraq, Ermənistan rəhbərliyi sülh razılaşmasından qaçır, bu da iki ölkənin sərhədində gərginliyin alovlanması riskini saxlayır. Rəsmilər arasında razılaşmalar da tezliklə (yəni yaxın illərdə) təməlli sülh olacağına ümid vermir. Belə ki, ikitərəfli komissiyaların 13 görüşü keçirilsə də, Azərbaycanla Ermənistan 2024-cü ilin aprelindən 2026-cı ilin iyuluna qədər olan müddətdə dövlət sərhədinin təxminən 12,6–13 kilometrlik hissəsini razılaşdıraraq delimitasiya edib. Komissiyada təmsil olunan Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərlə son söhbətində də bildirib ki, Azərbaycanla anklav və eksklavlar məsələsində də heç bir razılaşma yoxdur.
SSRİ gorbagor olanda, iki qarşı-qarşıya durmuş ölkənin sərhədlərini razılaşdırmaq imkanı olmayıb. Sərhəd həssas məsələdir və az qala 100 illik “Böyük Ermənistan” xəyallarını birdəfəlik itirən ermənilər indi heç olmasa, qalan əraziləri əlində saxlamaq istəyir. Bizim sərhəddə Ermənistana xüsusi ərazi iddiamız yoxdur, bunu son aylar heç bir fəallığı olmayan Avropa İttifaqının sərhəddə olan xüsusi missiyası da yaxşı bilir.
Bu qısa xatırlatmalar onu deməyə əsas verir ki, müharibə tam bitməyib. Ermənilər yenidən silahlanırlar, ağır və uzaq hədəfləri vuran raketlər alırlar, biz bu prosesin qarşısını bəyanat-filanla ala bilmərik. Sərhəddə müharibə ehtimalı, əlbəttə ki, Azərbaycanın 6 il əvvəl başladığı və zəfərlə yekunlaşdırdığı savaşa bənzəməz. Ermənistanla sərhəddən bizi “vura bilərlər”, bunun üçün bəhanələr tapmaq da mümkündür. Bizə atacaqlarsa, biz də atacağıq, bizim əsgəri öldürəcəklərsə, biz də onların əsgərini gəbərdəyəcəyik, amma Azərbaycanın bütün ərazisinə sıçraya biləcək genişmiqyaslı müharibə olmayacaq.
Əlbəttə ki, çox şey regionda və dünyada dəyişən dəngələrə bağlıdır. Məsələn, Makron gedəcək, amma onun yerinə daha qatı ermənipərəstlərin gələcəyi ehtimalı var. Paşinyanı yıxıb eləsini hakimiyyətdə oturdarlar ki, dərhal yenidən düşmənçilik alovlanar. Amerikada demokratların hakimiyyətə qayıdışı realdır və onların Azərbaycana münasibəti aşağı-yuxarı heç vaxt yaxşı olmur. Və ya Rusiya Ukraynada istədiyi əraziləri tam nəzarətə keçirə bilərsə, Qafqazda yenidən münaqişə ocaqlarını qurdalamayacağına zəmanət yoxdur. Yəni tez-tez dəyişən dəngələri də gözardı etməmək lazımdır. Yazımın məqsədi başqadır, amma yeri gəlib bir cümlə ilə deyim: Bu dünyada bizim Türkiyədən başqa heç kimimiz yoxdur. 100 il əvvəl elə idi, indi də.
Biz qalibik, amma bu gerçəklik təməlli sülhlə möhürlənməyib. Yeri gəlmişkən, indi Umbakı həbsxanasında cəzasını çəkən David Babayan mümkün sülh sazişindən danışarkən demişdi ki, imzalansa belə, Brest sülh sazişi kimi qəbul ediləcək. Məlum, 1918-ci il martın 3-də Almaniya ilə Rusiya arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsi imperator II Vilhelmin inqilab nəticəsində devrilməsindən sonra elə həmin ilin noyabrında ləğv edilib. Bu, təkcə Babayanın deyil, indi də əksər erməni liderlərinin dəyişməz mövqeyidir. Paşinyandan sonrakı mümkün proseslərin anonsudur. Ona görə də Paşinyan sülh sazişindən çox qorxur, min bir bəhanə ilə imzalamayacağı da bəllidir.
Müharibənin necə ağır nəticələrinin olduğunu Azərbaycan canında iki dəfə hiss edib. Birinci Qarabağ müharibəsində məğlub, İkinci Qarabağ müharibəsində isə qalib kimi! Hər iki müharibədə ağır itkilər vermişik, son Vətən müharibəsində şəhid olanların ana-bacılarının, nişanlılarının göz yaşları qurumayıb. Bir çox analar yarıcan qalmış qazi övladlarının acılarını onlarla bərabər yaşayırlar. Övladlarını hərbi xidmətə yola salanlar da arxayın deyillər, onların da ürəkləri səksəkəlidir...Biz bu dövlətlə 1 007 kilometr həmsərhəd olaraq yaşamağa məhkumuq, ona görə çomağımızı əldən yerə qoymayacağıq. Şükür ki, o çomağı Ermənistanın başına vurmağa da oğullar olub, olacaq da...
Şəhidlərə min rəhmət! Düşmənə isə min lənət...
Nazim SABİROĞLU,
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-10-2026
18:00 Müharibə bitibmi?