İrəvanda Göyçə gölü ilə bağlı RAZILAŞMA: Paşinyan və Japarov İMZALADI
Tarix: 17-10-2026 | Saat: 19:02
Bölmə:Dünya | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan və Qırğızıstan prezidenti Sadır Japarov İrəvanda bir araya gələrək Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitlik, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
aia.az xəbər verir ki, bu barədə Paşinyan keçirilən birgə mətbuat konfransında bəyan edib.
"Əminəm ki, regional sülhün bərqərar olunması iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının inkişafı üçün tamamilə yeni imkanlar açır", - deyə Ermənistan hökumətinin rəhbəri vurğulayıb.
Nikol Paşinyan iki ölkə arasındakı münasibətlərin çoxillik dostluq və qarşılıqlı hörmətə söykəndiyini diqqətə çatdırıb.
Paşinyan aparılan danışıqların əsas istiqamətləri ilə bağlı deyib: "Siyasi dialoqun dərinləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika xəttlərinin inkişafı, eləcə də təhsil, elm və texnologiya sahələrində əməkdaşlıq perspektivlərini ətraflı nəzərdən keçirdik".
Görüşdə müntəzəm təmasların saxlanılması və Xarici İşlər nazirlikləri arasında koordinasiyanın artırılması barədə razılıq əldə olunub.
Həmçinin 2027–2028-ci illərdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi qərara alınıb. İki ölkənin aidiyyəti qurumları isə Göyçə və İssık-Kul göllərinin mühafizəsinə dair memorandum imzalanıb.
Xatırladaq ki, bu, Qırğızıstan dövlət başçısının Ermənistana gerçəkləşən ilk rəsmi səfəridir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-10-2026
18:00 Müharibə bitibmi?