Məşhur Vanqanın həmin kəhanəti sosial medianı ÇALXALADI - Noyabrda...
Tarix: 17-10-2026 | Saat: 16:39
Bölmə:Dünya | çapa göndər

1996-cı ildə vəfat edən bolqar görücüsü Baba Vanqaya aid edilən kəhanətlərdə 2026-cı ilin noyabrında bəşəriyyətin yadplanetlilərlə ilk təmasının baş verəcəyi iddia olunur.
aia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu proqnozu təsdiqləyən etibarlı mənbə mövcud deyil.
Buna baxmayaraq, iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə sürətlə yayılan kəhanət siyahısına əsasən, 2026-cı ilin noyabrında nəhəng kosmik gəminin Yer atmosferinə daxil olacağı iddia edilir.
Baba Vanqanın qardaşı qızı Krasimira Stoyanovaya aid edilən bəzi rəvayətlərdə isə dünya xaricindəki canlılarla təmasın 2026-cı ildə deyil, təxminən 200 il sonra baş verə biləcəyi irəli sürülür. Bu ziddiyyətli məlumatlar sözügedən kəhanətlərin illər ərzində dəyişdirildiyini və şişirdildiyini göstərir.
Baba Vanqaya aid edilərək internetdə yayılan kəhanət siyahılarında bəşəriyyətin gələcəyi ilə bağlı bir sıra qeyri-adi iddialar yer alır:
- 2125 və 2130-cu illər: İddialara görə, kosmosdan ilk siqnallar qəbul ediləcək. 2130-cu ildə isə yadplanetlilərin öyrətdikləri sayəsində su altında yaşamaq mümkün olacaq.
- 2221-ci il: Zaman səyahətinin sirrinin açılacağı və bunun bəşəriyyətin taleyini dəyişdirəcəyi irəli sürülür.
- 2371 və 2378-ci illər: Böyük aclıq dövrünün yaşanacağı, 2378-ci ildə isə tamamilə yeni insan növünün meydana çıxacağı iddia edilir.
- 4302 və 4308-ci illər: Şəhərlərin quruluşunun dəyişəcəyi və bütün xəstəliklərin müalicəsinin tapılacağı bildirilir. Həmçinin 4308-ci ildə insan beyninin imkanlarının 34 faizə çatacağı və nifrət hissinin aradan qalxacağı iddia olunur.
- 4599-cu il: Bu ssenariyə əsasən, ölümsüzlük kəşf ediləcək və dünya əhalisinin sayı 340 milyarda çatacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-10-2026