Pakistan-Əfqanıstan sərhədində QANLI DÖYÜŞ: Sərhəd postları dağıdıldı, ölənlər və yaralananlar var
Tarix: 17-10-2026 | Saat: 22:13
Bölmə:Dünya | çapa göndər

Pakistan və Əfqanıstan sərhədində vəziyyət kəskin gərginləşib.
aia.az xəbər verir ki, hər iki ölkənin silahlı qüvvələri arasında qanlı toqquşma baş verib.
"TOLO News" telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən xəbər verir ki, şiddətli döyüşlər Əfqanıstanın Paktiya əyalətinin Dand-Patan rayonunda, Kabilin rəsmən tanımadığı "Dürand xətti" yaxınlığında qeydə alınıb.
İnsident zamanı Pakistan ordusunun ən azı 7 hərbçisi həlak olub, 6-sı isə ağır yaralanıb.
Toqquşmalar zamanı Əfqanıstan qüvvələri Pakistan sərhədçilərinə məxsus iki müşahidə qülləsini vurub, nəzarət kamerasını sıradan çıxarıb.
Verilən son məlumatlara görə, bölgədə atışma davam etsə də, döyüşlərin intensivliyi nisbətən zəifləyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər