Mobil versiya
Direktor müavininin məktəbin mühafizəçisini öldürməsi ilə bağlı AÇIQLAMA
Tarix: 15-05-2024 | Saat: 12:59
Bölmə:Karusel / Ölkə | çapa göndər

Direktor müavininin məktəbin mühafizəçisini öldürməsi ilə bağlı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktor müavininin məktəbin mühafizəçisini öldürməsi məsələsinə münasibət bildirib.

aia.az-ın məlumatına görə, agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxs məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmayıb.

“Düşünürəm bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, - deyə Agentliyin direktoru bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024