Mobil versiya
Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
Tarix: 19-04-2024 | Saat: 10:12
Bölmə:Manşet / Ölkə | çapa göndər

Sumqayıtda ər-arvad qətlə yetirildi:

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə aia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

03:58

Sumqayıtda qətl hadisəsi olub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.

Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024