Mobil versiya
Təbiətə 13 min manat ziyan vurdular
Tarix: 18-04-2024 | Saat: 17:19
Bölmə:Ölkə | çapa göndər

Təbiətə 13 min manat ziyan vurdular

Gəncə şəhəri, Quba və Sabirabad rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

aia.az-ın məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, Xidmət araşdırma zamanı Gəncə şəhəri Fətulla Həsənov küçəsi 88 ünvanında vətəndaş Cahangir Məmmədov, Gəncə şəhəri Azərbaycan bayrağı küçəsi 456 ünvanında vətəndaş İmdad Bayramov, Quba rayonu Əski-İqriq kəndinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəhram Babayev, Sabirabad rayonunun Qaragüney kəndinin ərazisində vətəndaş Əlifağa Məmmədov tərəfindən ağac və kolların qanunsuz kəsildiyini və təbiətə 13050 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktlarla bağlı akt tərtib olunub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024