Mobil versiya
Sabah 28° isti olacaq
Tarix: 17-04-2024 | Saat: 13:00
Bölmə:Ölkə | çapa göndər

Sabah 28° isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024