Mobil versiya
AFFA region klubunu yarışlardan kənarlaşdırdı
Tarix: 27-03-2024 | Saat: 16:38
Bölmə:İdman | çapa göndər

AFFA region klubunu yarışlardan kənarlaşdırdı

AFFA U-11 liqasında mübarizə aparan "Hacıqabul Şərq" komandasını yarışlardan kənarlaşdırıb.

aia.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar verib.

U-11 Liqasında keçirilməli olan “İmişli” – “Hacıqabul Şərq” oyunu qonaq komanda təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.

Bu səbəbdən Hacıqabul təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda artıq 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.

U-11 Liqasında Gəncənin "Azəri" komandası texniki məğlubiyyətlə üzləşib. Baş məşqçi Elşən Əliyev qarşılaşmanın 24-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılıb. Ardınca mütəxəssis meydanı tərk etmədiyinə görə oyun yarımçıq dayandırılıb.

Region Liqasında keçirilməli olan “İrəvan” İK – “City Baku” matçında ev sahibi komanda təyin edilən vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət alıb.

Region Liqasında yenidən keçirilməsi nəzərdə tutulan “VT Gəncə” – “Balakən” FK oyununa qonaqlar gəlməyib. Görüş baş tutmadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024