Mobil versiya
Robert Levandovski 100 milyon dollarlıq təklifdən imtina etdi
Tarix: 24-03-2024 | Saat: 18:51
Bölmə:İdman | çapa göndər

Robert Levandovski 100 milyon dollarlıq təklifdən imtina etdi

“Barselona”nın hücumçusu Robert Levandovski ona ildə 100 milyon dollar (92 milyon avro) maaş təklif edən adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubuna keçməyə razı olmayıb.

Məlumata görə, 35 yaşlı hücumçu “Barselona”da rahat olduğu və buradan ayrılmaq istəmədiyi üçün Səudiyyə Ərəbistanı çempionatına getməkdən imtina edib.

Xatırladaq ki, bu mövsüm Levandovski bütün turnirlərdə 39 matçda iştirak edib, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 15 milyon avro kimi qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024