Mobil versiya
Azərbaycan cüdoçuları bu gün və sabah Türingiya Kubokunda iştirak edəcəklər
Tarix: 23-03-2024 | Saat: 09:23
Bölmə:İdman | çapa göndər

Azərbaycan cüdoçuları bu gün və sabah Türingiya Kubokunda iştirak edəcəklər

Azərbaycan cüdoçuları Almaniyada yeniyetmə və gənc qızlar arasında keçiriləcək beynəlxalq Türingiya Kubokunda iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından aia.az-a bildiriblər ki, ölkəmiz martın 23-24-də təşkil ediləcək yarışda altı çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.

Yığma üzvlərindən Xədicə Abdullayeva (40 kiloqram), Leyla Ələkbərov, Nərmin Məmmədli (hər ikisi 44 kiloqram), Nuranə Hacızadə, Diana Eldarova, Könül Eyvazlı, Nərmin Xəlilzadə (hamısı 48 kiloqram), Vüsalə Hacıyeva, Aysun Məmmədova, Aliyə Rüstəmova, Səmayə Yusifli (hamısı 52 kiloqram), Aytən Verdiyeva, Nilgül Rzayev (hər ikisi 57 kiloqram), Mələk Bayramlı, Fidan Cəlilli (hər ikisi 63 kiloqram) tatamiyə çıxacaqlar.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024