Mobil versiya
"İnter"in futbolçusu 10 oyunluq cəzalandırıla bilər
Tarix: 23-03-2024 | Saat: 09:18
Bölmə:İdman | çapa göndər

"İnter"in futbolçusu 10 oyunluq cəzalandırıla bilər

"İnter"in müdafiəçisi Françesko Açerbi İtaliya Futbol Federasiyasının prokurorluğuna ifadə verib.

aia.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, A seriyasının 29-cu turunda "Napoli"yə qarşı matçda rəqib futbolçu Joao Jesusu irqi zəmində təhqir etməkdə ittiham olunduğu üçün prokurorluğa çağırılıb.

Açerbinin ifadəsi bir saatdan az vaxt aparıb.

Hazırda futbolçu ilə bağlı qərar verilməsə də, günahı sübuta yetirilərsə, onun 10 və ya daha çox oyunluq futboldan uzaqlaşdırıla biləcəyi vurğulanır.

Xatırladaq ki, daha əvvəl 36 yaşlı müdafiəçi İtaliya millisinin martda keçirəcəyi yoldaşlıq görüşləri üçün iştirak ərizəsindən çıxarılmışdı. "İnter"in Açerbi ilə müqaviləni poza biləcəyi də bildirilib./qol.az


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə