Mobil versiya
Millimizin baş məşqçisi bu türk mütəxəssis ola bilər
Tarix: 22-03-2024 | Saat: 10:37
Bölmə:İdman | çapa göndər

Millimizin baş məşqçisi bu türk mütəxəssis ola bilər

Türkiyəli mütəxəssis Rza Çalımbay futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər.

aia.az xəbər verir ki, bu barədə 61 yaşlı məşqçi “Sabah” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə hazırdır:

“Düzdür, Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”.

Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur. Rıza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” klubuna rəhbərlik edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024