Mobil versiya
Keçmiş arvadını və valideynlərini bıçaqlayan şəxs TUTULDU -YENİLƏNİB
Tarix: 22-03-2024 | Saat: 08:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Keçmiş arvadını və valideynlərini bıçaqlayan şəxs

Şəmkirdə bir ailənin üç üzvinü bıçaqlayan şəxs tutulub.

Bu barədə aia.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.

O polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

XXX

21.03.2024

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

aia.az-ın məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədiriliblər.

Dərhal yaralılara yardım edilib.

Onlardan İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, bıçaqlan şəxsləri ailənin keçmiş kürəkəni bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub./unikal.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024