Mobil versiya
Ukrayna millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Tarix: 19-03-2024 | Saat: 09:22
Bölmə:İdman | çapa göndər

Ukrayna millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun üçün heyəti açıqlanıb.

aia.az xəbər verir ki, ispaniyalı baş məşqçi Unay Melqosa ümumilikdə 23 oyunçunu siyahıya salıb.

Mütəxəssis əsasən yerli klubların üzvlərinə etibar edib. Cəmi 3 legioner heyətə cəlb olunub. Onlar İngiltərə, Polşa və Çexiyada çıxış edirlər.

Ukraynalılar ilk olaraq martın 22-də Türkiyənin Antalya şəhərində Mərakeşin U-23 yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcəklər. Azərbaycan – Ukrayna qarşılaşması isə ayın 26-da “Azərsun Arena”da təşkil olunacaq.

Qapıçılar: Pavel İsenko (“Vorskla”), Ruslan Neşeret (“Dinamo”, Kiyev), Yakov Kinareykin (“Dnepr-1”)

Müdafiəçilər: İlya Krupski (“Vorskla”), Konstantin Vivçarenko (“Dinamo”, Kiyev), Arseni Bataqov (“Zarya”), Artyom Smolyakov (“Polesye”), Vitali Roman, Boqdan Slyubik (hər ikisi “Rux”), Vladimir Salyuk (“Çernomorets”).

Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), Yevgeni Pavlyuk (“Vorskla”), Nazar Voloşin (“Dinamo”, Kiyev), Valentin Rubçinski, Oleq Oçeretko (hər ikisi “Dnepr-1”), Aleksandr Yatsık (“Zarya”), Maksim Xlan (“Lexiya”, Polşa), Boris Kruşinski (“Polesye”), İlya Kvasnitsa (“Rux”), İvan Varfolomeyev (“Slovan”, Çexiya), Maksim Braqaru (“Çernomorets”).

Hücumçular: İqor Qorbaç (“Zarya”), İqor Krasnopir (“Obolon”).

Qeyd edək ki, Ukrayna yığması ilk 5 turda maksimum nəticə (15 xal) ilə F qrupunda liderdir. Azərbaycan millisi isə keçirdiyi 4 görüşdə 3 xal toplayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024