Novruzəli Aslanov: “Yeni regional reallıqlar Cənubi Qafqaz ölkələri ilə yanaşı Avropa xalqlarının da maraqlarına xidmət edir”
Tarix: 16-03-2024 | Saat: 10:27
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bu gün Azərbaycanın özü ilə yanaşı təşəbbüsü ilə yaradılmış beynəlxalq təsisatların da nüfuzu getdikcə artır. Bu baxımdan Bakı Qlobal Forumunun artıq çoxdan Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq platformalarla bir cərgədə yer aldığını qeyd edə bilərik. Cari ilin 14 mart tarixində Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda işə başlamış XI Qlobal Bakı Forumuna bu il rekord həddə, 68 ölkədən 400-dən çox qonağın, o cümlədən 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının qatılması da Forumun nəhəng intellektual potensialına və yüksək beynəlxalq nüfuzuna dəlalət edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
XI Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışında təqdim olunan açıqlamaların müasir dünyada gedən proseslərin təhlili baxımından xüsusi önəm kəsb etdiyini vurğulayan deputat daha sonra bildirib ki, Azərbaycanın bütün hallarda ikili standartlara və ədalətsizliyə qarşı prinsipial mövqelərdən çıxış etməsi ölkəmizin müstəqil xarici siyasət yürütməsinin daha bir təzahürüdür: “Ölkə Prezidenti cənab İlham Əliyevin Forumun açılış mərasimində etdiyi çıxışı ilk növbədə müasir dünyada gedən geosiyasi proseslərin təhlili, qlobal miqyasda baş verən hadisələrin Cənubi Qafqaz regionuna və əksinə, regionumuzda yeni yaranmış reallıqların dünyada, xüsusən də Avrasiya məkanında gedən proseslərə təsirini düzgün dəyərləndirmək baxımından xüsusi önəm kəsb edən açıqlamalarla zəngin oldu. Təbii ki, bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın getdikcə artan rolu bu ölkələrin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında maraqlı olmalarını şərtləndirir. Bu baxımdan Azərbaycan Prezidentinin “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq” ifadəsi bir tərəfdən ölkəmizin müəllifi olduğu yeni regional geosiyasi reallıqların əslində Cənubi Qafqaz ölkələri ilə yanaşı Avropa xalqlarının da maraqlarına xidmət etdiyini göstərir. Digər tərəfdən isə, dövlət başçımızın bu qısa ifadəsi Cənubi Qafqazda öz iyrənc kolonial maraqlarını təmin etmək planlarını quran və bu məqsədlə regional sülhün əldə olunmasını əngəlləməyə çalışan qüvvələrə ünvanlanmış kifayət qədər məzmunlu bir mesaj oldu. Bəzən sülhə nail olmaq üçün məhz müharibə aparmağın labüd ola biləcəyini vurğulayan cənab Prezident İlham Əliyev son 3-4 il ərzində Azərbaycanda baş verənlərin dünyanın istənilən bir yerində həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə biləcəyini diqqət mərkəzinə çəkdi.”
Fikirlərini davam etdirən N. Aslanov bu gün özlərinin xarici siyasətlərində hələ də ikili standartların tətbiqinə üstünlük verən ölkələrin dünyaya demokratiya dərsi keçməyə cəhd göstərmələrinin yolverilməz olduğunu qeyd edib: “Azərbaycan dünyanın lider dövlətləri, aparıcı beynəlxalq təşkilatlar tərəfindən ikili standartlara məruz qoyulmağın nə demək olduğunu öz təcrübəsindən çox yaxşı bilir. Bu təcrübə həm torpaqlarımızın 30 illik işğalı dövründə, həm də Qarabağ münaqişəsi başa çatdıqdan sonra davam edir. Əlbəttə ki, bu gün ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən Qərb dövlətləri arasında məhz Fransanın daha çox seçilməsi bu ölkənin Cənubi Qafqaz siyasətinin tamamilə qeyri-konstruktivliyindən xəbər verir. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf etsə də, rəsmi Parisin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Fransa hökuməti tərəfindən əvvəlcə BMT Təhlükəsizlik Şurasında, sonra da Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə dəfələrlə cəhdlər olundu. Lakin bu cəhdlərin hər biri uğursuz oldu, çünki həm BMT Təhlükəsizlik Şurasının digər üzvləri, həm də Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi. Əlbəttə ki, bu gün Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransanın öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmaq üçün müxtəlif üsullara əl atması ikili standartlar siyasətinin ən bariz təzahürüdür və Azərbaycan bütün beynəlxalq platformalarda bu kimi hallarla qətiyyətli mübarizəsini bundan sonra da davam etdirəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024