Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 12-06-2026 | Saat: 23:16
Bölmə:Gündəm | çapa göndər

İyunun 12-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “15 İyun-Milli Qurtuluş günü” münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Şəhər Təşkilatı və Mingəçevir Dövlət Universitetinin birgə hazırladığı “Ulu öndər Heydər Əliyev Milli Qurtuluşumuzun müəllifidir” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Mərkəzin foyesində Heydər Əliyevin fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükütla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Ulu öndər Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda film nümayiş etdirilib.
Şəhər rəsmilərinin, ictimiayyət nümayəndələrinin işrtirak etdiyi konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “15 iyun 1993-cü il Azərbaycan xalqı və dövlətçiliyi üçün qurtuluş tarixinin başlanğıcıdır” mövzusunda geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan müstəqilliyini itirmək təhlükəsində idi, ölkədaxili xaos və anarxiya son həddə çatırdı. AXC-Müsavat hakimiyyəti ölkəni idarə edə bilmirdi.
Ümummilli Lider Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr gücli idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərəmalik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra xalq özü hakimiyyətdən saldı”.
Məruzəçi bildirib ki, ictimai-siyasi şərait, xaos, anarxiya xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaradırdı. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və xalqın qurtuluş missiyasını öz üzərinə götürdü, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Milli Məclisin 1993-cü il uyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Beləliklə 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.
Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz Azərbaycanı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi, tariximizin yeni mərhələsini - quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş demək idi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.
Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında olan torpaqlarımız şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatlarından sonra suverenliyimiz tam bərpa olundu. Bu gün azad olunmuş ərazilərimizdə bərpa işləri sürətlə aparılır, ərazilərimizə böyük qayıdış başlanmışdır.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanı dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu artan dövlətinə çevrilib, iqtisadi uğurlara imza atılıb. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizə etibar olunan beynəlxalq, mədəni tədbirlər və idman yarışları, humanitar forumlar, Türk dövlətləri təşkilatının, İslam əməkdaşlıq təşkilatının, Qoşulmama hərəkatının Bakı şəhərində keçirilən tədbirləri, cənab İlham Əliyevin dünya dövlətlərinin rəhbərləri ilə görüşləri dövlətimizin başçısının beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.
“Şəhərsalma və Memarliq ili” çərçivəsində genişmiqyaslı tədbirlərdən danışan İlham İsmayılov 17-22 may tarixlərində Beynəlxalq Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsini Azərbaycanın Beynəlxalq əlaqələrinin inkişafı, ölkəmizin qlobal miqyasda nüfuzunun möhkəmlənməsi və yeni əməkdaşlıq platformalarının formalaşması baxımından əhəmiyyətli olduğunu vurğuladı. Xalqımız əmindir ki, Heydər Əliyev ideyalarını davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan yeni yüksəkliklər fəth edəcək.
Konfransda YAP Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev “15 iyun-Milli Qurtuluş günü müasir dövlətçilik tariximizin ən parlaq səhifəsidir”, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ”Milli Qurtuluş günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir”, Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər Nümayəndəliyinin sədri Mayıl İsmayılov “Ulu öndər Heydər Əliyev Milli inkişaf strategiyamızın yaradıcısıdır”, Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova “Ölkə prezidenti İlham Əliyevin müasir zəfərləri əsası Ulu öndər tərəfindən qoyulan siyasi kursun uğurlu davamıdır” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbir Qurtuluş günü münasibəti ilə hazırlanmış kompozisiyanın təqdimatı ilə davam edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2026