Daşkənddən Şuşaya uzanan Turan körpüsü
Tarix: 13-06-2026 | Saat: 08:28
Bölmə:Karusel / Özəl / Siyasət | çapa göndər

Türk dünyasının sarsılmaz qardaşlığı və mənəvi birliyi bu gün yeni bir tarixi mərhələyə qədəm qoyur. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində keçirdiyi silsilə görüşlər, Turan coğrafiyasının qəhrəman övladlarını ortaq amallar ətrafında daha sıx birləşdirir.
Bu şərəfli missiyanın davamı olaraq, 6 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Müdafiə Nazirliyinə məxsus otelin Konfrans zalında Azərbaycan və Qazaxıstan müharibə veteranlarının növbəti ikitərəfli görüşü keçirildi. Bu görüş, sadəcə iki qardaş dövlətin təmsilçilərinin dialoqu deyil, bütövlükdə Türk dünyasının hərbi-vətənpərvərlik irsinin və gələcək həmrəyliyinin parlaq bir təzahürü idi.

Olduqca səmimi, dostluq və qarşılıqlı etimad mühitində keçən görüşdə hər iki tərəfdən ömrünü vətən müdafiəsinə həsr etmiş, döyüş meydanlarında sözünü demiş tanınmış hərbçilər və ictimai fəallar iştirak edirdilər. Azərbaycan nümayəndə heyətinin tərkibində AVMVİB sədrinin beynəlxalq məsələlər ucbatından müavini, döyüş yollarında göstərdiyi rəşadətə görə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş müharibə veteranı, polkovnik Elmar Hüseynov, müharibə veteranı polkovnik Tahir Yusifov və müharibə veteranı kapitan Bəyanət Qasımov təmsil olunurdular. Qazaxıstan nümayəndə heyətinin tərkibində isə "Tacikistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları iştirakçıları" İctimai Birliyinin sədri Murat Muxamedjanov, sədr müavini Nurpolad Ayğan və tanınmış ictimai fəal xanım Zaira Muxamedjanova yer almışdılar. Bu tarixi dialoqa ev sahibliyi edən Özbəkistan tərəfini isə Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, qəlbi bədii yaradıcılıq və vətən sevgisi ilə döyünən şair Turamırza Oripov müşahidəçi qismində müşayiət edirdi.

Görüşün gedişində qardaş dövlətlərin müharibə veteranları "TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin son 4 ildə keçdiyi şərəfli yola nəzər saldılar. Ötən müddət ərzində həyata keçirilən irimiqyaslı layihələr, veteranların sosial və mənəvi haqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində görülən işlər təhlil olundu və Birliyin gələcək vizyonu geniş müzakirə edildi. Müzakirələrin ən mühüm və qürurverici nəticəsi isə növbəti böyük zirvə görüşünün məkanı ilə bağlı qəbul edilən qərar oldu. Türk dünyasının veteran liderləri yekdilliklə qərara aldılar ki, "TURAN" Birliyinin növbəti görüşü daha geniş və əhatəli formatda – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan veteranlarının geniş nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Türk dünyasının rəmzi qalası sayılan azad Şuşa şəhərində təşkil edilsin. Bu qərar, Şuşanın artıq həm də bütün Türk dünyasının hərbi qardaşlıq və zəfər mərkəzinə çevrilməsinin növbəti tarixi sübutudur.

Görüşün rəsmi hissəsinin sonunda Azərbaycan nümayəndə heyəti tərəfindən Türk birliyinin möhkəmlənməsində və müştərək veteran hərəkatının inkişafında müstəsna xidmətləri olan qardaş ölkə təmsilçilərinin mükafatlandırılması mərasimi keçirildi. Qazaxıstan veteranlarının sədri Murat Muxamedjanov, sədr müavini Nurpolad Ayğan, ictimai fəal xanım Zaira Muxamedjanova və Özbəkistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Turamırza Oripov Türk dünyası qarşısındakı fədakar fəaliyyətlərinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri Diplomu ilə təltif olundular. Eyni zamanda, qonaqlara Azərbaycan xalqının qədim mədəniyyətini və milli ruhunu özündə yaşadan xüsusi xatirə suvenirləri hədiyyə edildi.

Tədbir, bütün iştirakçıların bir araya gələrək çəkdirdiyi tarixi xatirə fotosu ilə yekunlaşdı. O fotoşəkildə əks olunan çöhrələr və qətiyyətli baxışlar, Daşkənddə atılan addımların tezliklə Şuşada daha böyük bir Zəfər sədasına çevriləcəyindən xəbər verirdi. Bu görüş bir daha təsdiq etdi ki, kökü bir, əqidəsi bir olan Turan ellərinin qəhrəman veteranları gələcək nəsillərə sarsılmaz bir birlik irsi qoymaqda qətiyyətlidirlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-06-2026
12-06-2026