Mobil versiya
"Belə oyunlarda bir səhv nəticəyə təsir edir" - Qurban Qurbanov
Tarix: 15-03-2024 | Saat: 09:37
Bölmə:İdman / Manşet | çapa göndər

"Belə oyunlarda bir səhv nəticəyə təsir edir" -

"Belə oyunlarda bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir".

aia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

"Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Məğlub olsaq da, çox ağır oyunda futbolçularım sonadək mübarizə apardılar. Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda futbolçularım sonadək mübarizə apardılar. Bizim gözəl azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram", - deyə Qurbanov vurğulayıb.

"Köhlən atlar"ın çalışdırıcısı onu da bildirib ki, "Qarabağ"ın Avropa Liqasında keçirdiyi matçlar klub üçün böyük təcrübə oldu.

"Avropa futbolunun hansı səviyyədə olduğunu gördük. Belə rəqiblərə qarşı fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Belə oyunlarda bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Futbolçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün vacib idi”, - deyə Qurbanov vurğulayıb.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Qarabağ" "Bayer-04"ə 2:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024