Mobil versiya
AFFA “Neftçi” və “Qarabağ”ı cəzalandırdı
Tarix: 05-03-2024 | Saat: 13:23
Bölmə:İdman | çapa göndər

AFFA “Neftçi” və “Qarabağ”ı cəzalandırdı

“Neftçi” və “Qarabağ” klubları azarkeşlərinə görə cərimələniblər.

aia.az xəbər verir ki, Premyer Liqanın XXV turunda keçirilən oyunda fanatlar rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün AFFA İntizam Komitəsi hər iki komandaya 1000 manat cərimə kəsib.

Bundan başqa, “Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, matçın ardından meydana kənar şəxslərin daxil olması ucbatından isə 800 manat cərimə olunub.

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən görüşdə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024