Mobil versiya
Şəhidlik bir zirvədir, ünvanı bir əbədiyyətdir. -Fotolar
Tarix: 04-03-2024 | Saat: 13:16
Bölmə:Özəl | çapa göndər

Şəhidlik bir zirvədir, ünvanı bir əbədiyyətdir.

Şəhidlər ölməz, Vətən bölünməz!

Göydə yanan ulduzlar
Şəhidlərdir, şəhidlər
Düşən axşam, sabahlar
Şəhidlərdir, şəhidlər!

“Hazırlaşın,ya qəhrəman kimi dönəcəyəm, ya da şəhid kimi.”37 illik ömrünün 15 ilini səngərlərdə keçirən “Canavar”ləqəbli polkovnik-leytenant şəhid Rəşad Quliyev.
Polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlu 1983-cü il sentyabrın 23-də Bakıda anadan olub. Ailədə iki bacı, bir qardaş olublar. 6 yaşı olanda atası Rəşid bəy dünyasını dəyişib. Oğlu Rəşada isə böyüyəndə hərbiçi olmasını vəsiyyət edib. Anası üç övladını çox çətinliklə böyüdüb oxutmuşdur. Rəşad atasının vəsiyyətini yerinə yetirir. 1990-cı ildə Xətai rayonu 263 saylı məktəbin 1-ci sinfinə daxil olur. 1998-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə sənədlərini verir. Yüksək bal topladığına görə Hərbi Liseyin 2-ci kursuna daxil olmuşdur.Hərbi Liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olur. 2005- ci ildə leytenant rütbəsində cəbhə bölgəsində xidmət edir. Polkovnik-leytenant Rəşad Quliyev ömrünün 15 ilini cəbhə bölgələrində səngərlərdə keçirmişdir.O, motoatıcı idi, amma xidmətinin çox hissəsi kəşfiyyatçılarla birgə düşmən arxasına keçib, Murovdağ silsiləsindəki yüksəkliklərin azad olunmasında, Lələtəpə yüksəkliklərinin alınmasında, Aprel döyüşlərində böyük şücaət göstərmişdir. Xidmətdə fərqləndiyinə görə fəxri fərmanlar və medallarla təltif olunmuşdur. Komandir kimi əsgərlərinə daim diqqət və qayğı göstərib. Polkovnik- leytenant Rəşad Quliyev 2020-ci il Avqustun 3-də təqaüdə çıxmalı olsa da, öz istəyi ilə xidmətini davam etdirir. Vətən müharibəsi başlayan gündən Rəşad Quliyev döyüşlərin iştirakçısı olub. Sonuncu dəfə oktyabrın 5- də ailəsi ilə danışır. Tezliklə şad xəbərlərlə onları sevindirəcəyini deyir. Ardınca dostlarına zəng edərək deyir: “Tezliklə ya şəhid, ya da qəhrəman kimi qayıdacağam”. Rəşadın sonuncu döyüşü Cəbrayıl istiqamətində olur. Düşmən onun komandanlıq etdiyi dəstəni minaatanlardan atəşə tutur. Rəşad Quliyev irəli gedərkən əsgəri ona deyir: “Komandir göz görə-görə ölümə gedirik”. Rəşadın son sözləri: “Mənimlə ölümə getməyə razısan?” O, arxadakı əsgərlərə “Dağılın!” əmri verir. Bu zaman onların yanına mərmi düşür. Yanındakı əsgər ağır yaralanır. Polkovnik-leytenant Rəşad Quliyev isə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Rəşad Quliyev II Fəxri Xiyabanda dəfn olunub. İnci və Dərya adında iki qızı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Rəşid oğlu Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni ilə, “Cəbrayılın azad olunmasına görə, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Salam Əsgər!
Əsgərlərim, diqqətlə qulaq asın mənə. Mən Rəşad Quliyev 15 il postda xidmət etmişəm. Bu günə kimi heç bir əsgərimin burnu belə qanamayıb. İndi sizə görə deyirəm ki, nizamlı və intizamlı olun, verilən komandalara dəqiq yerinə yetirin! Biz döyüşməliyik, qalib gəlməliyik!!! Bu gün sən döyüşməsən, mən döyüşməsəm, bəs kim gəlib döyüşəcək?!!!
İllər ötəndən sonra övladlarınız, nəvələriniz, onların balaları, igid oğulları qoy desinlər ki, mənim atam, qardaşım, dayım, babam və s. 2020 ildə gedən vətən müharibəsində igidliklə döyüşüblər... Və bu sözləri qürurlanaraq desinlər.
Elə bir həyat yaşayın ki, sizdən sonra gələn cavan nəsil sizə oxşamaq istəsin! Mərd olun ki, sizin yaxınlarınız da sizə bənzəsin. Əgər hamı bugün qorxacaqsa ondan sonra gələn nəsil də qorxaq olacaq. Uzun sözümün qısası nizamsız, intizamsız döyüşçü ola bilməz!

Polkovnik-leytenant Rəşad Quliyevin sonuncu dəfə əsgərlərinə sıra düzülüşündə olan çıxışı
Allah Şəhidlərimizə rəhmət eləsin

Afət İlkin









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024