Siyasi və mənəvi gücün partiyası
Tarix: 04-03-2024 | Saat: 10:11
Bölmə:Siyasət / Özəl | çapa göndər
1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 800 min nəfərdən çox partiya üzvü var. Bu qədər böyük qüvvənin bir siyasi platformada birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Azərbaycanı siyasi xaos və qarşıdurmadan xilas edən Yeni Azərbaycan Partiyasının hakim siyasi qüvvə kimi milli siyasət arenasında yüksəlişi xüsusi qeyd edilməlidir. YAP-ın inkişafı və yüksəlişi Azərbaycanın tərəqqisi, yeni zirvələr fəth edərək tarixi nailiyyətlərə imza atması deməkdir. Bu, həm də inam və etimadın doğruldulması, parlaq perspektivlərin yaradılmasıdır.
Bu gün Cənubi Qafqazda ikinci elə partiya yoxdur ki, uzun bir müddətdə xalqın etimadını doğruldaraq iqtidar partiyası mövqeyini saxlamış olsun. Əlbəttə ki, bu, ilk növbədə partiyanın xalqla vəhdətindən, platformasında nəzərdə tutduğu ideyaların birəbir həyata keçirməsindən irəli gəlir.
lk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar da hər birimizə bəllidir. Söz, mətbuat azadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi.
Onu da qeyd edək ki, istər YAP-ın yarandığı ərəfədə, istərsə də ondan sonrakı dövrlərdə YAP-ın nizamnamə və məqsədlərində olan yeni, modern, xalqın istək və tələbatlarının, gələcək məqsədlərinin aydın təsviri digər yeni partiyalar üçün də örnək oldu. YAP öz nizamnamə və fəaliyyətini milli-mənəvi dəyərlərimizin özünəməxsus çalarları ilə bərabər müasir dünyanın ən mühüm ictimai-siyasi inkişaf paradiqmaları ilə həmahəng quran bir partiya oldu. Bu gün keçilən yola nəzər saldıqda bu prosesi daha aydın görmək olur.
Azərbaycanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də VII qurultayının keçirilməsi də böyük tarixi hadisə idi. Əslində bu qurultay qazandığımız tarixi Zəfərin hesabat qurultayı idi. Partiyanın lideri, müzəffər Ali Baş Komandan partiyanın bu müddətə qədər həyata keçirdiyi siyasətin nəticəsi olan tarixi Zəfərin siyasi nəticələrini elan edirdi. Zaman sübut elədi ki, həqiqətən Yeni Azərbaycan Partiyası ulu öndərin zəkasının məhsulu olmaqla yanaşı, xalqın ümid yeridir.
Ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər", - deyə ifadə etdiyi fikir real həyatda öz siyasi təsdiqini tapdı. Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının və yeni Azərbaycanın inkişafı, ölkəmiz üçün yeni perspektivlərin yaranması inkaredilməz - danılmaz həqiqətdir. Qurultaydan sonrakı proseslər də bu qənaəti bir daha möhkəmləndirmiş oldu.7 fevral 2024-cü il tarixində keçirilmiş prezident seçkilərində öz sözünü deyən Azərbaycan xalqı birmənalı şəkildə cənab İlham Əliyevə və onun lideri oduğu YAP-a etimadını, inamını ifadə etmiş oldu.
Bu gün Azərbaycan regionda söz sahibidir. Bir zamanlar enerji böhranı yaşayan ölkəmiz Avropaya enerji ixrac edir, Avropanın enerji təhlükəsizliyində əsas rollardan birini oynayır. Qlobal layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Məhz bu baxımdan da, bu gün Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024