Pentaqonun keçmiş müşaviri Rusiya ilə müharibə ssenarisini təsvir edib
Tarix: 04-03-2024 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər

Pentaqon iki güc arasında hipotetik hərbi münaqişə baş verəcəyi təqdirdə ordunu Avropaya köçürmək qərarına gələrsə, Rusiya sualtı donanması Amerika gəmilərini batıra biləcək. Bunu ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor Stiven Qardnerə müsahibəsində deyib.Makqreqor qeyd edib ki, Rusiya dəniz fövqəldövləti deyil, lakin onun sualtı donanması var.
"Bu sualtı donanma onunla döyüşmək üçün göndərilən gəmiləri batırmağa qadirdir. Biz quru qüvvələrimizi Avropaya köçürə bilməyəcəyik, çünki Atlantik Okeanındakı sualtı qayıqlar Şimali Amerikadan oraya gedən hər şeyi batıracaq", - o izah edib.
Makqreqor vurğulayıb ki, bu gün yalnız iki növ gəmi var - sualtı qayıq və onun hədəfi.Bundan əvvəl Duqlas Makqreqor bəyan etmişdi ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin minimal müqaviməti ilə üzləşərək, bütün təmas xətti boyunca sistemli şəkildə irəliləyir. O, Ukrayna Silahlı Qüvvələrinin “mövqelərinin çoxunu” tərk etdiyini vurğulayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-04-2025
01-04-2025