Mobil versiya
Gülər Sultanzadə: “Qərb ölkələri Azərbaycanla münasibətlərini obyektiv rellıqlardan çıxış edərək inkişaf etdirməlidirlər”
Tarix: 02-03-2024 | Saat: 12:04
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Qərb ölkələri Azərbaycanla münasibətlərini obyektiv rellıqlardan çıxış edərək inkişaf etdirməlidirlər”

“Fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfəri bəzi Qərb dövlətlərinin qeyri-konstruktiv, qərəzli mövqelərinə rəğmən, Avropa işgüzar dairələrinin Azərbaycanla əməkdaşlıqda son dərəcə maraqlı olduqlarını deməyə əsas verir. Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin nümayəndə heyətini qəbul etməsi də bir daha onu göstərir ki, Azərbaycan hər zaman bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa açıqdır. Məlumdur ki, Almaniya bu gün Avropada ən güclü iqtisadiyyata malik olan ölkədir. Qeyd etmək lazımdır ki, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin formalaşmasında və inkişafında da məhz iqtisadi sahə həmişə mühüm rol oynayıb. Bu məqamı nümayəndə heyətini qəbul edən dövlət başçımız öz çıxışında da xüsusi vurğulayıb. Həmçinin cənab Prezident öz qonşusu olan Fransadan fərqli olaraq Almaniyanın Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlərdə əksər hallarda neytrallıq nümayiş etdirdiyini qeyd edərək bildirdi ki, bu, ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından mühüm amildir. Təəssüflər olsun ki, bu gün həqiqətən də ikili standartların tətbiqi bir sıra beynəlxalq təsisatların, o cümlədən Avropa İttifaqının təcrübəsində adi hala çevrilib. Lakin əsas odur ki, Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir və bunun fonunda ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı istənilən günahlandırma cəhdləri tamamilə əsassızdır və heç bir önəm daşıya bilməz.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Partiya fəalı bildirib ki, Fransa və onun əlində alətə çevrilmiş Avropa Şurası tərəfindən Cənubi Qafqazda qonşu olan ölkələr arasında məhz dini zəmində ayırıcı xətlər çəkmək cəhdləri açıq-aşkar islamofobiyanın təzahürləridir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, öz fikirlərini aydın və birmənalı şəkildə ifadə edərək bildirdi ki, Cozef Borrelin Azərbaycanın guya ki, Ermənistana hücum etməyə hazırlaşması barədə təqdim etməyə çalışdığı məlumat qətiyyən həqiqəti əks etdirmir. Əlbəttə ki, Azərbaycanın belə bir planı yoxdur və ölkəmizə qarşı aparılan bu qərəzli kampaniya ilk növbədə Fransanın Ermənistanı silahlandırmaqla regionda vəziyyəti gərginləşdirmək cəhdlərinə don geyindirmək məqsədi güdür. Digər tərəfdən də Avropa institutlarının Gürcüstan və Ermənistanı çox yaxın qəbul etmələri, Azərbaycanı təcrid etməyə çalışmaları son zamanlar Qərbdə getdikcə daha çox yayılan islamofobiyanın aşkar təzahürü kimi qiymətləndirilməlidir. Əlbəttə ki, bütün bunlar qarşılıqlı əməkdaşlığın genişlənməsinə qətiyyən xidmət edə bilməz. Buna görə də əməkdaşlıqda maraqlı olan dövlətlər Cənubi Qafqaz regionunda aparıcı ölkə olan Azərbaycan ilə münasibətlərini bərabərhüquqlu əsalar üzərində və obyektiv reallıqlardan irəli gələrək qurmalıdırlar” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024