YENİ AZƏRBAYCAN PARTİYASI ÖLKƏMİZİN MİLLİ MARAQLARINA XİDMƏT EDƏN PARTİYADIR!
Tarix: 29-02-2024 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər
Yeni Azərbaycan Partiyası XX əsrin son onilliyində tarixi zərurətdən yaranaraq, xalqımızın arzu və istəklərinin iradəsi kimi meydana çıxmışdır. Xalqımızın taleyində müstəsna yeri olan Yeni Azərbaycan Partiyası dahi siyasi xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Dahi lider Heydər Əliyev şəxsiyyətinə olan inam, Azərbaycan xalqının gələcək ümidlərini və nicatını onunla bağlaması Yeni Azərbaycan Partiyasının yaranması ideyasını doğurmuşdur. Heç də təsadüfi deyildir ki, xalqımızın başına gətirilən müsibətlərdən çıxış yollarını arayərkən, ilk növbədə Heydər Əliyevin adı çəkilir, bütün ümidlər bu böyük şəxsiyyətlə bağlanırdı. Heydər Əliyev şəxsiyyətinə olan inam, Azərbaycan xalqının gələcək ümidlərini və nicatını onunla bağlaması Yeni Azərbaycan Partiyasının yaranmasına təkan verdi. Azərbaycanın ən yeni tarixinin parlaq səhifələrindən biri olan Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilmiş və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçilmişdi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoymuşdur. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etmişdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib. Bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti partiyamızın Sədri, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 700 mindən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. Biz böyük bir ailəyik və böyük siyasi güc olaraq Prezidentimizin ətrafında sıx birləşmişik. 2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımız və ən müasir silahlarla təmin olunmuş rəşadətli Ordumuz böyük Qələbəni Azərbaycan xalqına bəxş etdi. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Qazanılmış bütün bu uğurlarda YAP üzvlərinin də böyük payı var.Yarandığı gündən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün imkanlarını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib.
5 mart 2021-ci il tarixdə keçirilən VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın həm beynəlxalq münasibətlər, həm beynəlxalq əməkdaşlıq sistemində rolu və yeri artmaqdadır. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında əsas söz sahiblərindən birinə çevrilib. Təbii ki, bütün bunlar çevik, səmərəli idarəetmə sisteminin daha da təkmilləşməsi nəticəsinə baş verib. Yeni Azərbaycan Partiyası bütün bu vəzifələrin öhdəsindən inamla gələrək, böyük uğurlara imza atmaqdadır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən müddət ərzində yeni hədəflərə doğru kifayət qədər ciddi yol keçdiyimizi söyləyə bilərik. Yeni Azərbaycan Partiyasının VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ən əsası qəbul olunan qərarlarla Yeni Azərbaycan Partiyası həm də yeni siyasi nümunə ortaya qoydu. VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında dayanan vəzifələri uğurla və çox yüksək səviyyədə layiqincə yerinə yetirəcək.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025