Yaponiya :, Rusiya aktivlərindən istifadə beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir
Tarix: 29-02-2024 | Saat: 08:44
Bölmə:Özəl | çapa göndər
Dondurulmuş Rusiya aktivlərinin istifadəsi beynəlxalq hüquqi çərçivəyə uyğun olaraq həyata keçirilməlidir. Bu fikri Yaponiyanın maliyyə nazirinin müavini Masato Kanda Braziliyanın San-Paulu şəhərində G20 ölkələrindən olan həmkarları ilə G7 çərçivəsində məsləhətləşmələrin aparıldığı görüşdən sonra bildirib.
Kyodo agentliyi nazir müavinindən sitat gətirib: "İstifadə beynəlxalq hüquq çərçivəsində olmalıdır". Kanda təsdiqləyib ki, G7 ölkələri dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpasına kömək etmək üçün necə istifadə oluna biləcəyini müzakirə etməyə davam edəcək, lakin o, bu məsələ ilə bağlı daha ətraflı şərh verməkdən çəkinib.
Fevralın 24-də keçirilən sammitin yekunlarına dair birgə bəyanatda qeyd olunub ki, G7 Rusiya Federasiyasını Ukrayna münaqişəsindən dəyən ziyanı kompensasiya etməyə məcbur etmək niyyətindədir. G7 dövlətlərinin rəhbərliyinə belə bir variant üçün qanuni yollar axtarmaq səlahiyyəti verilir. O cümlədən, “Yeddilik” ölkələrinin liderləri iyunda keçiriləcək əsas sammit üçün müvafiq təkliflərin hazırlanmasını tapşırıblar.Aİ, Kanada, ABŞ və Yaponiya Rusiyanın təqribən 300 milyard dollar məbləğində aktivlərini dondurub.Bunların təxminən 5-6 milyard dolları ABŞ-da yerləşir və əksəriyyəti Avropada, o cümlədən beynəlxalq Euroclear platformasındadır. Belçikada. Fevralın 1-də Aİ sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 2027-ci ilə qədər olan dövr üçün Ukraynaya 50 milyard avro həcmində büdcə yardımı proqramının qismən maliyyələşdirilməsinə sərf olunmasını nəzərdə tutan təklifi təsdiqləyiblər.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov xəbərdarlıq edib ki, Qərbin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı təhdidləri reallaşarsa, Moskva tədbirləri, o cümlədən güzgü tədbirləri görəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025