İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 34 yaşlı fələstinlini qətlə yetirib
Tarix: 28-02-2024 | Saat: 21:13
Bölmə:Özəl | çapa göndər
Qəzzada rejimin soyqırım müharibəsi ilə bağlı gərginliyin qaynama nöqtəsində qaldığı bir vaxtda daha bir fələstinli İsrailin işğal olunmuş İordan çayının qərb sahilindəki vəhşiliklərinin qurbanı olub.
Çərşənbə axşamı günü Beytləhm şəhərinin şərqində, hərbi nəzarət-buraxılış məntəqəsi yaxınlığında İsrail hərbçiləri tərəfindən vurulan şəxs şəhid olub.
Fələstin Qızıl Ayparası öldürülən fələstinlinin 34 yaşlı Nizar Mahmud Abdel-Muti olduğunu açıqlayıb.
Çərşənbə axşamı günü səhər saatlarında daha üç fələstinli İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında təşkil etdiyi reydlər zamanı qətlə yetirilib.
İsrail rejimi 2023-cü il oktyabrın əvvəlindən, mühasirədə olan Qəzza zolağında soyqırım müharibəsinə başladıqdan sonra İordan çayının qərb sahilində fələstinlilərə qarşı təcavüz aktlarını artırıb.
BMT son hesabatında o vaxtdan bəri ən azı 100-ü uşaq olmaqla 400-ə yaxın fələstinlinin şəhid olduğunu bildirib.
Digər tərəfdən, Qəzzaya qarşı təcavüz indiyədək əksəriyyəti qadın və uşaq olmaqla 30 minə yaxın fələstinlinin həyatına son qoyub, 70 minə yaxın fələstinli isə yaralanıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025