İran yerli istehsal Pars 1 peykini orbitə çıxaracaq
Tarix: 28-02-2024 | Saat: 21:11
Bölmə:Özəl | çapa göndər
İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur yerli istehsal olan Pars 1 tədqiqat peykinin cümə axşamı kosmosa buraxılacağını açıqlayıb.
Zarepur çərşənbə günü açıqlama verərək, beynəlxalq qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün bu peykin Rusiyanın Soyuz raketinin göyərtəsində orbitə çıxarılacağını qeyd edib.
“100% İran istehsalı olan və yerli biliklərə əsaslanan şirkətlər tərəfindən inşa edilən “Pars 1” təsvir peyki sabah orbitə çıxarılacaq”.
Pars 1 tədqiqat-ölçü peykidir, onun layihələndirilməsi, qurulması, montajı və sınaq mərhələləri İran Kosmik Tədqiqatlar İnstitutunun mütəxəssisləri və gənc alimləri tərəfindən həyata keçirilib və Yer səthindən 500 kilometr məsafədə orbitə çıxarılacaq.
Keçən ay İran Yer səthindən minimum 450 kilometr və maksimum 1100 kilometr yüksəklikdə olan üç yerli peyki uğurla orbitə çıxarıb.
Mahda, Keyhan-2 və Hatef-1 peykləri yanvarın 28-də İran Müdafiə Nazirliyinin istehsalı olan Simurq (Feniks) peyk daşıyıcısı ilə Semnan vilayətindəki İmam Xomeyni Kosmik buraxılış terminalından orbitə buraxılıb.
Həmin ay İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Qaem 100 peyk daşıyıcısından istifadə edərək Soraya peykini orbitə çıxarıb.
Buraxılış peyklərin daha yüksək orbitlərə göndərilməsi imkanlarının artırılması istiqamətində mühüm addım idi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025