Xocalılılar evə qayıdır
Tarix: 27-02-2024 | Saat: 17:15
Bölmə:Siyasət / Özəl | çapa göndər
Bu il ilk dəfə xocalı soyqırımının anım mərasimi Xocalı şəhərində keçirildi. Bu, əlbəttə ki, ədalətin böyük təntənəsi oldu. Fevralın 26-da Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Diqqətəlayiq haldır ki, bu memorialın layihəsi əslində çoxdan hazır idi. Lakin dövlət başçımızın bu kompleksin nə vaxtsa məhz Xocalıda inşa ediləcəyinə olan inamı layihənin Bakıda, bu məqsədlə Xocalı soyqırımı abidəsinin yanında seçilmiş yerdə tikintisinin hər dəfə təxirə salınmasına səbəb olurdu. Hər zaman olduğu kimi, cənab Prezident İlham Əliyev bu dəfə də haqlı çıxdı. Otuz iki ildən sonra işğaldan azad edilmiş bütün digər ərazilərimiz kimi, Xocalıyı da bu şəhərin əsl sahibləri qayıdırlar.
Rayon ictimaiyyəti ilə keçirdiyi görüş zamanı dövlət başçımız bir daha diqqətə çatdırdı ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Həqiqətən də Azərbaycan xalqı bu qanlı cinayəti heç vaxt unuda bilməz. Otuz iki il bundan əvvəl Ermənistanın işğalçı silahlı qüvvələri günahsız insanları görünməmiş qəddarlıqla qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmiş, 150 insan itkin düşmüş, 1000-dən çox insan girov götürülmüşdür. 60-dan çox uşaq, 100-dən çox qadın, 70 yaşlı insan erməni faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.
Uzun illərdir ki, bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü iş aparılır. Artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Lakin əfsuslar olsun ki, Azərbaycanın “Xocalıya ədalət!” çağırışı bir çox böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən hələ də tanınmamışdır. Bu beynəlxalq riyakarlığın ən bariz nümunəsidir.
Lakin Azərbaycan sonsuzadək beynəlxalq birlikdən ədalət gözləyə bilməzdi. Buna görə də 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsinin gedişində təkcə Xocalı qurbanlarının deyil, həm də bütün şəhidlərimizin qanını döyüş meydanında düşməndən aldı, Vətən torpaqlarını işğaldan azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, qədim Azərbaycan şəhəri olan Xocalıda da müqəddəs bayrağımızı qaldırdı. Baxmayaraq ki, Ermənistan dövləti, həmçinin o vaxt da və indi də onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əllərindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın bütün bu səylər heç bir nəticə vermədi. Bu gün əlləri dinc azərbaycanlıların qanlarına bulaşmış erməni qatillərindən bir çoxu artıq Azərbaycan qanunları qarşısında cavab verir və bu aqibət Xocalı qətliamının, eləcə də xalqımıza qarşı törədilmiş başqa cinayətlərin bütün digər iştirakçıları üçün də qaçınılmazdır.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024