Vətənin unudulmaz oğlu Emin
Tarix: 27-02-2024 | Saat: 14:27
Bölmə:Özəl | çapa göndər
İkinci Qarabağ müharibəsində Vətəni öz canı, qanı ilə alınmaz qala edən qalib şəhidlərdən biri də Emin İbrahim oğlu Muradovdur. Bu Vətən sevdalısı 1986-cı ildə Lənkəran rayonu, Biləsər kəndində dünyaya göz açıb. Ömrünün 34-cü ilində müqəddəsliyinə tapındığı doğma Azərbaycanın bütövlüyü uğrunda şəhid olduğu üçün milyonların ürəyində qəhrəmanlıq simvoluna dönüb. Dövlət də şərəfli ölümündən sonra Eminin müharibə meydanında göstərdiyi şücaətini “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayilın, Qubadlının, Xocavəndin azadlığına görə medallarına layiq görüb.
Ürəyi Vətən eşqi ilə döyünən Emin Muradov 2004-cü ildə ordu sıralarına yollanır. Əsgərlik həyatı cəbhə bölgəsində başlanır. Azərbaycanın müqəddəsliyini hər şeydən əziz bilən Emin ona vicdanla xidmət etməklə zabitlərin, əsgərlərin sevimlisinə çevrilir. Necə deyərlər, Vətənə əsgər olduğu müddətdə gördükləri ilə əsl vətəndaş, sədaqətli, vətənpərvər gənc olduğunu sübut edə bilir.
Beləcə, Emin uşaqlıqdan bağlanmış Vətən qarşısında borcunu şərəflə verib doğma elində dinc əməkdən yapışır. Xeyirxah əməlləri, gözəl işləri onun yaşanan həyatını insanlara gərəkli edir. Xoşbəxtliyini doğma yurdunun ümumi səadətində görür, qisməti hörmət və məhəbbət olur. Ömrünün yaxşı çağlarına sevə-sevə yol alsa da, yağı düşmənin Qarabağın işğalına heç cür dözə bilmir. Odur ki, İkinci Qarabağ müharibəsi başlanan kimi “Vətən dardadır, mən burada dura bilmərəm”- deyib könülü döyüşən cəbhəyə gedir. Füzulidə, Cəbrayılda, Xocavənddə, Qubadlıda Vətənin qeyrətli oğulları ilə bərabər erməni dığalarına qarşı əsl qəhrəman kimi vuruşur. Son nəfəsə qədər sinəsini yanar od edib yağının barını çatladır. 20 oktyabr Qubadlı istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhadətə qovuşur.
Bəli, şəhidlər heç vaxt ölmürlər. Lənkəran elinin qəhrəman oğlu Emin də cismən aramızdan gedibdir. O, Vətən naminə qəhrəmanlıqla vuruşdu və gələcək nəsillərə örnək olacaq bir tarix yazdı. Özünə əbədi yer etdiyi ürəklərdə yaşamaqla həmişə böyük ehtiramla xatırlanır, adı fəxrlə, qürurla çəkilir. Qərinələr boyunca da belə olacaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025